Ş.Lekler: Bolid zəifdir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, SF-25 hələ də zirvəyə yaxın deyil. 

Kokpit.az xatırladır ki, monakolu sürücü Səudiyyə Ərəbistan Qran Prisinin sıralanma turunda dördüncü olub. Buna baxmayaraq o narazı qalıb. 

Şarl Lekler: “Xoşbəxt deyiləm, həqiqətən də xoşbəxt deyiləm. Ciddə kimi trada təsnifat mərhələsində dördüncü olmaq yaxşı nəticə kimi görünə bilər. Əlimdən gələni etdim, lakin hazırda maşının performansı yetərli deyil”

Lekler bolidi limitlərdə sürdüyünü, amma öndəki rəqiblərlə fərqi bağlaya bilmədiyini deyib: “Ya bolidim çox öndən sürüşür ya da həddən artıq arxa tərəf sürüşür, amma yekunda öndəki rəqiblərimə çatmaq üçün kifayət qədər asfaltla ilişməm yoxdur”.

Monako sürücü bildirib ki, əlindən gələni edib və bolidin bütün potensialını ortaya qoyub: “Hazırda avtomobildə özümü yaxşı hiss edirəm. Düşünürəm ki, sürüş tərzimə uyğun sazlanma tapmışam. Son üç sıralanma turunda avtomobilin potensialını maksimum dərəcədə artırmışam, lakin hələ də istədiyim səviyyədə deyil.”

Şarl Lekler bildirib ki, Ferrari-nin Ciddəyə gətirdiyi yeniliklər də istənilən kimi işləməyib: “Mən bir az məyus oldum, çünki biz buraya bəzi yeniiklər gətirmişdik və onların kömək edəcəklərini gözləyirdim. Amma öndəki komandalarla olan fərqimiz hələ də eynidir. Yeniliklər işləyir, amma heyif ki, rəqiblərimiz də yeniliklər gətirirlər. Bu da o deməkdir ki, aradakı fərq hələ də bağlanmır”.

Bunları da oxuyun

Şərh əlavə et