Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Poulu gözləmirdim

Red Bull komandasının sürücüsü Maks Ferstappen Səudiyyə Ərəbistanı Qran Prisinin sıralanma turunda poul qazandıqdan sonra bildirib ki, bu nəticəni gözləmirmiş. 

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Ciddədəki sıralanma turunun son cəhdində Oskar Piastrini  qabaqlayaraq, bu mövsüm ikinci dəfə poul qazanıb. 

Sessiyadan sonra Maks Ferstappen təcrübəli olduğunu deyib: “Çox sevincliyəm. Üçüncü sərbəst yürüşlərdən sonra və həftəsonunun ümumi gedişatına  baxanda bu poulu gözləmirdim. Bolid bu gecə özünə gəldi. Sonuncu sazlanmalardan sonra bolidi sürməkdən həzz aldım. Asfaltla ilişmə də düzəldi.

Belə divarlara yaxın olan yerdə sıralanma turu keçirmək çox çətindir. Doğrudan da qüsursuz bir dövrə vurmalısınız. Buna görə də poulda olmaq gözəl hissdir. Burada poul qazanmaq yarış üçün çox yaxşıdır. Yenə də yarışda arxadan gələnlərə qarşı müdafiə olunmaq çətin görünür. Lakin əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et