Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Soft təkərlərdə zəifəm

Ferrari komandasının sürücüsü Səudiyyə Ərəbistanındakı cümə sərbəst yürüşlərində 13-cü olduqdan sonra sazlanma tapmaqda çətinlik çəkdiyini deyib.

Kokpit.az xatırladır ki, əfsanəvi sürücü lider Lando Norrisdən 1.1 saniyə geridə qalaraq Ciddədə cümə gününü 13-cü yerdə bitirib.

Lyuis Həmilton: “Ciddədə cümə günü yaxşı keçmədi. Xüsusən də təkərləri işlətmək mənim üçün çətin idi. Bunda komandanın bir günahı yoxdur. Təkərləri doğru formada işlətməkdə çətinlik çəkdim.

İndiyə kimi sıralanma turunda geri qalmışam. Amma bu dəfə o qədər geri qala bilmərik. Ümid edirəm ki, maşını inkişaf etdirə bilərik.

Sessiya ərzində bəzi sahələrdə boliddə özümü yaxşı hiss etdim. Amma Soft təkərlərdə istədiyim kimi sürə bilmirəm. Etdiyimiz dəyişikliklərin işə yaramasına ümid edirəm”.

Rauf Hacıyev

Şərh əlavə et