Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: McLaren çox güclüdür

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, hazırda McLaren çox güclüdür.

Kokpit.az xatırladır ki, McLaren Ciddədəki cümə sərbəst yürüşlərində də yenə də əlçatmaz olublar. Lando Norris günü zirvədə bağlayıb. Oskar Piastri isə ondan 0.09 saniyə geridə qalaraq ikinci olub. Onlara ən yaxın sürücü Maks Ferstappen olub və o, lider Norrisdən 0.28 saniyə geridə qalıb.

Mercedes komandasından Corc Rassell isə fərqli sazlanmalar yoxladığı sessiyanı 0.706 saniyə geridə 7-ci yerdə bağlayıb.

Britaniyalı sürücü cümə sərbəst yürüşlərindən sonra bunları deyib: “Bizim üçün bir az xaotik gün idi. Trafikə və təkərləri yaxşı işlədə bilmədiyimizə görə çox təmiz dövrə vura bilmədik. Hər iki maşında da fərqli şeylər sınadıq. Bu həm mənim üçün, həm də Kimi üçün öyrədici gün oldu. İnkişaf yönünü artıq yaxşı bilirik.

Birinci sərbəst yürüşlərdə daha güclü idik. İkinci sərbəst yürüşlərdə isə istədiyimiz kimi inkişaf etmədik.

İkinci sərbəst yürüşlərdəki qırmızı bayrağa görə yarış tempində işləyə bilmədik. Amma bu, bütün komandalar üçün keçərlidir. McLaren-in aşkar üstünlüyü var. Amma biz də mübarizə apara bilərik”.

Rauf Hacıyev

Şərh əlavə et