Kokpit.az bildirir ki, DAMS komandasının sürücüsü 1.43.579 zaman nəticəsi ilə sıralanma turunda hamıdan üstün olub. Bununla da amerikalı sürücü F2 karyerasındakı ikinci poulu əldə edib.
İkinci yeri ART Grand Prix komandasından Viktor Marten tutub. O, 1.43.601-lik zaman nəticəsi ilə pouldakı Krouforddan 0.022 saniyə geridə qalıb. Debütant Leonardo Fornaroli isə 1.43.671 zaman nəticəsi göstərərək, üçüncü yerdə qərarlaşıb. Hitech komandasın sürücüsü Lyuk Brouninq dördüncü, Campos-un debütant sürücüsü Arvid Lindblad beşinci olublar.
Altıncı və yeddinci yerlərdə isə Bəhreyn Qran Prisinin əsas yarışının qalibi Aleks Dyun ilə sprint yarışının qalibi Xosep Marti qərarlaşıblar.
İlk onluğu Prema-dan Qabriel Mini, MP Motorsport-dan Rixard Fersxur və İnvicta Racing-dən Roman Stanek bağlayıblar.
Şənbə günü bizi Formula 2 üzrə sprint yarışı, bazar günü isə əsas yarış gözləyir.
Şərh əlavə et