Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Bəhreynd Red Bull ilə ikinci yarışında ilk xallarını qazanıb.
Yuki Tsunona: “Karyeramda il dəfə tamamilə fərqli bolid sürürəm. Mən son dörd il ərzində yalnız VCARB ilə yarışmışam. Bu, mənim tamamilə fərqli komandada ilk maşın sürmək təcrübəmdir. ”
Mən bunu öz xeyrimə çevirməyə çalışıram və bura öyrəşsəm, yəqin ki, Maksı məğlub edə bilərəm.
Bilirəm ki, mən onu dərhal məğlub etmək mümkün deyil. Buna görə də hazırda möhkəm təməl qururam və özümü hazır hiss etdiyim anı gözləyirəm”.
Yuki Tsunoda bildirib ki, o, RB21-in bütün potensialından necə istifadə etməyi öyrənməyə çalışır: “Mən bu bolidin necə işlədiyini, ən yaxşı performansı necə verdiyini anlamağa çalışıram. Hələ bu bolidin yarısını belə başa düşdüyümü düşünmürəm. Bunlar üzərində çox işləyirəm. Bu prosesi tez başa çatdıra bilsəm, inkişafa və başqa şeylərə daha çox diqqət yetirə biləcəyəm.
Hələlik sıralama turunda və yarışda hər şeyi birləşdirə bilərəm, amma yenə də qeyri-stabil çıxış edirəm. Sərbəst yürüşlər arasındakı performansım çox fərqlidir. Daha stabil olmaq istəyirəm.”
Tsunoda komanda yoldaşı Ferstappenin xırdalıqları yaxşı anladığından xəbərdardır: “Maks məndən daha çox hiss edə bilər. Məsələn, o, boksdan çıxanda təkərlərin temperaturunun necə olduğunu başa düşür.
Sıralanma turu zamanı temperatur aşağı düşdükcə, o, birinci sessiyadan üçüncü sessiyaya uyğun olaraq özünü tənzimləyir. Qızdırma dövrəsində təkərləri necə qızdıracağını, hər döngədə necə təzyiq tətbiq edəcəyini bilir. Bu da onun dövrə vaxtına təsir edir.
Mən hələ RB21-də bu xırdalıqları hiss etmirəm. Ola bilsin ki, bu bolidi idarə etmək mənim üçün hələ tam rahat deyil. Hələ tələsirəm və tam nəzarətdə sürə bilmirəm. Mövcud qaydalarda bu kiçik detallar çox vacibdir; hətta hər döngədə qazandığınız bir neçə millisaniyə böyük fərq yarada bilər”.
Tsunoda həmçinin Ferstappenin yarış həftəsonlarına necə hazırlaşdığını da diqqətlə izləyir: “Mən Maksın həftə ərzində özünə inamını necə formalaşdırdığını gördüm və onu mənimki ilə müqayisə etdim. Bu, tamamilə fərqlidir, çünki Maks artıq bu avtomobili çox inamla işə salır”.
Verstappen və Tsunoda son iki yarışda fərqli asfaltayatma qüvvəsi sazlanmalarından istifadə etsələr də, yapon sürücü deyir ki, fərq insanlarıb düşündüyü qədər böyük deyil: “Sürüş tərzi, əylənmə tərzi, start tərzi baxımından biz əslində kifayət qədər yaxınıq”.
Şərh əlavə et