Xəbəri Kokpitdə Oxuyun!

Y.Tsunoda: Xal yetərli deyil

Red Bull komandasının sürücüsü Yuki Tsunoda bildirib ki, Bəhreyndə Red Bull ilə aldığı ilk xallara görə sevinclidir. 

Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Bəhreyndə 9-cu yeri tutaraq, Red Bull ilə ilk xallarını qazanıb. 

Buna baxmayaraq Yuki Tsunoda  yarışdan razı qalmayıb: “Qazandığım ilk xallara görə sevincliyəm. Amma daha yaxşısını edə biləcəyimi hss edirəm. Xüsusən də, yarış tempim yaxşı idi. Lakin mən də daha yaxşı performans göstərə bilərdim. Eyni formada komanda pit-stoplarda daha yaxşı işləyə bilərdi, çünki orada nə baş verdiyini hələ də anlaya bilməmişəm.

Hələ öyrənməli şeylərim var. Lakin komanda mənə çox dəyərli dəstək verir. Bu dəstək olmasa, bu qədər inkişaf edə bilməzdim. Buna görə də ilk xallarımı qazandığım üçün çox sevincliyəm.

Ümumi performansımdan razıyam. Sadəcə gördüyüm işi davam etdirməliyəm. Əminəm ki, zaman keçdikcə nəticələr yaxşılaşacaq. Amma tələsmək istəmirəm Ciddə yarışı üçün heç bir konkret hədəf qoymuram. Sadəcə, gördüyüm işi davam etdirmək istəyirəm. Ancaq sıralanma turunda bir az daha yaxşı olmaq istəyərdim, çünki bu, işlərimi bir az asanlaşdıracaq.”

Qeyd edək ki, Red Bull komandası son dəfə keçən ilin Ostin yarışında iki pilotu ilə ilk doqquzluğa düşmüşdü.

Rauf Hacıyev

Şərh əlavə et