Kokpit.az xatırladır ki, niderlandlı sürücü Bəhreyn yarışına 7-ci yerdən başlayıb və yarışın son dövrəsində Pyer Qaslini keçərək, 6-cı olub.
Maks Ferstappen: “Tempimiz doğrudan da çox pis idi. Lakin belə yarış gözləmirdim. Çünki bütün işlər tərs getməyə başladı. Bu da vəziyyəti daha da pis hala gətirdi. Lakin yarış sonunda aldığım nəticə bizim üçün maksimum idi.
Yarışda əyləclər bir az daha yaxşı idi, çünki dəyişiklik etməyimizə icazə verildi. Lakin hələ də istədiyimiz səviyyədə deyilik. Bundan başqa təkərlərimiz də çox qızır. Buna görə də əyləcə basanda heç hissiyatımız qalmır, çünki ön ya da arxa təkərləri kilidləmək daha asan olur.
Bu trasda belə problemlər daha çox üzə çıxır. Balans yoxdursa, təkərə nəzarət pisdirsə ya da vəziyyətimiz rəqiblərimizdən pisdirsə, bu trasda işiniz çətinləşir.
Yeniliklər gəlir, amma hazırda heç bir inkişaf yoxdur. Keçən il burada pis deyildik, amma bu il çox pis idik. Təbii ki, rəqiblər inkişaf edib, amma biz keçən ilə nisbətən zəif həftəsonu keçirdik.
Bizə asfaltayatma qüvvəsi kömək edə bilər, amma bolidin balansı tamamilə xarabdır. Üstəlik təkərləri də tez yeyirik. Bu problemlərin başqa səbəbləri də olmalıdır. Bunu sadəcə aerodinamika ilə açıqlaya bilməzsiniz.
Həmişə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Məyus olsam da, əlimdən gələni edirəm. Davamlı danışsaq da, inkişaf etməyə çalışırıq. Problemlərin harada olduğunu bilirik. Hətta bir yarış qazansaq belə problemlər ortadan qalxmır. Bunu onsuz da keçən həftə demişdim. Mən onsuz da mənfi ya da müsbət nüanslara çox ilişib qalmıram. İşimlə məşğul olmağa çalışıram. Buna görə də yolumuza davam etməliyik”.
Şərh əlavə et