Kokpit.az xatırladır ki, monakolu sürücü yarışa ikinci yerdən başlasa da, sonda dördüncü olub.
Şarl Lekler: “Bilmirəm. Hazırda yetəri qədər sürətli olmadlğımızı hiss edirəm. Fərqli formada deyə bilərik, amma reallıq bundan ibarətdir. Yarışın əvvəlində bir az çətinlik çəkdik, pit-stopdan sonra sürətli olsaq da, bu təkərin yeyilməsinə görə idi. İkinci pitdən sonra isə hamı ilə eyni vəziyyətdə idik. Yenə də yarışın əvvəlindəki kimi temp cəhətdən geridə qaldıq. Yenə də tempimiz zəif idi. Tempiniz yoxdursa, hansı strategiyanı seçməyinizdən asılı olmayaraq işlər yolunda getmir. Nə etsəniz də, həmişə səhv tərəf kimi görünərsiniz. Bəli tempimiz zəifdir.
Məncə, biz düzgün etdik. Xüsusən də təhlükəsizlik maşınını nəzərə alsaq, seçimlər doğru idi. Heç kim təhlükəsizlik maşınının çıxacağını gözləmirdi, amma yekunda iki pit-stoplu strategiya doğru qərar idi. Bu, böyük fərq yaradardı? Əmin deyiləm. Bəlkə bir az təsiri olardı, amma ümumi götürsək, tempimiz yetərincə yaxşı deyildi.
Corcun arxasında sürətli getməyə başladım. Onu pit-stopa getməyə məcbur etmək istəyirdim, amma bunu bacara bilmədik. Onun kimi sona qədər Soft təkərlərdə getmək bizim üçün çətin idi. Bunu bacara bilməzdik. Əlimizdən gələni etdik. Lakin bu, nəticəni dəyişdirmədi.
Məncə, daha çox asfaltayatma qüvvətinə ehtiyacımız var. Daha çox asfaltla ilişmə lazımdır. Balansda problem yoxdur. Hazırda maşından maksimumu alırıq, amma bundan artığı yoxdur. Döngələri daha sürətli dönmək üçün daha çox ilişmə lazımdır.
Sıralanma turunda bu əskikləri gizlədə bilirik, ancaq yarışda tutunma yoxdursa, mümkün deyil. Bu da təkər yeyilməsini artırır. Bu da yarışda işimizi çətinləşdirir.
İnanıram ki, güclənəcəyik. Hazırda tunel uzun görünür, amma doğru yolu tapacağımıza əminəm. Sadəcə nə qədər davam edəcək bilmirəm.
Yarışdan əvvəl demişdim. McLaren-in təkər yeyilməsi cəhətdən böyük üstünlüyü var. Komanda olaraq bu nüansa fokuslanmalıyıq. Çünki yarış başlayanda onlar bizdən bir addım öndə olurlar.
Məncə, problem asfaltayatma qüvvəsi və təkər yeyilməsindədir. Təkərin temperaturunu digər komandalardan yaxşı nəzarətdə saxlayırlar. Bu da onlara böyük üstünlük gətirir”.
Şərh əlavə et