Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Hülkenberq diskvalifikasiya olunub

Sauber komandasının sürücüsü Niko Hülkenberq Bəhreyn yarışından sonra FİA tərəfindən aparılan yoxlamadan keçə bilməyib və yarışdan diskvalifikasiya edilib.

Kokpit.az bildirir ki, almaniyalı sürücü altlığın çox yeyilməsinə görə yarışdan xaric olunub.

FİA-nın Formula 1 üzrə Texniki Nümayəndəsi Co Bauer hazırladığı raportda bildirib ki, Niko Hülkenberqin maşınının arxa tərəfindəki altlıq qalınlığı texniki qaydalarda yazılandan nazik olub. Qaydalara görə altlığın qalınlığı 3 fərqli ölçüm nöqtəsində ən az 9 milllimetr olmalıdır.

Stüardlar bu barədə belə açıqlama veriblər: “27 nömrəli maşının altlığı ölçüldü və sol tərəf 8.4 millimetr, orta tərəf 8.5 millimetr, sağ tərəf isə 8.4 millimetr olaraq müəyyən olunub. Bu isə texni qaydalara görə müəyyən olunmuş 9 millimetrdən nazikdir.

Stüardlar bu qayda pozuntusuna görə standart cəza tətbiq edərək sürücünü diskvalifikasiya etməyə qərar veriblər”.

Qeyd edək ki, Niko Hülkenberq 57 dövrəlik Bəhreyn yarışını 13-cü yerdə bitirmişdi.

Rauf Hacıyev

Şərh əlavə et