C.Rassell: Çox problem yaşadıq

C.Rassell: Çox problem yaşadıq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının sürücüsü Corc Rassell Bəhreyn yarışının sonlarında yaşadığı problemlərdən danışıb.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Bəhreyn yarışını ikinci yerdə başa vurub. Lakin o yarışın sonlarında əyləc sistemindəki problemlərə görə çətin anlar yaşayıb. Digər tərəfdən isə Lando Norris ona yaxınlaşaraq, hücumlara başlayıb. Lakin Corc yerini qoruyaraq, ikinci olub və builki ən yaxşı nəticəsini qazanıb. 

Corc Rassell: “”Bir müddət hər şey nəzarət altında idi, amma yarışın sonlarında qəfildən əyləc sistemində nasazlıq yarandı. Əyləc pedalının reaksiyası getdikcə daha da uzanırdı. Nə baş verdiyini anlaya bilmirdim. Sükan da düzgün işləmirdi. Landonu arxamda saxlamaq çox çətin idi. Düşünürəm ki, daha bir dövrə olsaydı, o, məni asanlıqla keçə bilərdi.

Oskar başqa səviyyədə idi. Onu və McLaren-i təbrik edirəm. Bizim gözümüzlə baxsaq, son dörd yarışda tamamilə fərqli traslarda üç podium qazandıq. Bu, gələcəyə inam yaradır”.

Yarış zamanı qaydalara zidd olaraq DRS sisteminin qısa müddətə işə salınması ilə bağlı iddialardan danışan Corc Rassell bunun yaşadıqları texniki problemlərdən qaynaqlandığını bildirib: “Bizim bir çox problemimiz var idi. Əsasən DRS sistemini əl ilə aktivləşdirməli olduq. Mən təsadüfən bir dövrədə radio düyməsini basdım və DRS işə düşdü. Dərhal onu söndürdüm və ayağımı qazdan götürdüm. Bu, bizə heç bir qazanc gətirmədi. Əksinə burada vaxt itirdik. Bu, sadəcə bir anlıq idi, lakin bu, bizim yaşadığımız problemlərin miqyasını göstərir.”

Bunları da oxuyun

Şərh əlavə et