O.Piastri: Əla həftəsonu idi

O.Piastri: Əla həftəsonu idi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren komandasının sürücüsü Oskar Piastri Bəhreyndə qazandığı yarışa görə çox sevinclidir. 

Kokpit.az xatırladır ki, avstraliyalı sürücü Saxirdəki yarışa pouldan başalyaraq, qalib gəlib. Bu eyni zamanda McLaren komandasının Bəhreyn trasındakı ilk qələbəsidir. 

Yarışdan sonra açıqlama verən Oskar Piastri sevincini gizlətməyib: “Burada bu nəticəni əldə etmək çox gözəl hissdir. Dünən sıralanma  turu ilə başlayan bu inanılmaz həftəsonunu belə gözəl nəticə ilə başa vurmaq əladır.

Mən komandaya çox rəşəkkür edirəm. Onların bizə hədiyyə etdiyi bu avtomobil həqiqətən yaxşı idi. Əla həftəsonu idi və Bəhreyndə buna nail olduğum üçün çox qürur duyuram. Bu tras bizim üçün heç vaxt yaxşı olmayıb, buna görə də burada ilk qələbəmizi əldə etmək çox gözəldir.”

Oskar Piastri yarışdan sonrakı əyləncələr barədə danışıb: “Əminəm ki, böyük bir bayram olacaq, amma gələn həftə sonu yenidən yarışacağım üçün iştirak etməyəcəm!”

Piastri yarış boyu güclü performans göstərsə də, təhlükəsizlik maşını yarışın ortasında trasa çıxaraq fərqi aradan qaldırıb və onun liderliyini təhlükəyə atıb. 23 yaşlı pilot bu vəziyyətlə bağlı sualı belə cavablandırıb: “Əlbəttə, təhlükəsizlik maşınının çıxmasını istəməzdim! Amma yenə də tam inamım var idi. Sürətimiz çox yaxşı idi və həm Lando, həm də mən Medium təkərlərdə idik. Bu, ən yaxşı təkərdir. Sadəcə restartda yaxşı başlamağa çalışdım. Bu qələbəni əldən vermək fikrim yox idi”.

 

 

Bunları da oxuyun

Şərh əlavə et