Kokpit.az xatırladır ki, yaponiyalı sürücü Saxirdəki sıralanma turunda üçüncü sessiyaya qalıb və 10-cu yeri tutub.
Yuki Tsunoda: “Son sessiyaya qalmaq mənə bəs edir. Təbii ki, bir sürücü kimi həmişə daha yaxşı nəticə qazanmaq istəyərəm, amma sərbəst yürüşlərdəki vəziyyətimi və bunun Red Bull-dakı ikinci yarışım olduğunu nəzərə almalısınız.
Bolid dar aralıqda işləyir və düzgün sazlanma tapmaq asan deyil. O aralıqda qala bilmək üçün çox şey sınayıram. Amma tələsməyəcəyəm. Addım-addım irəliləyəcəyəm.
İkinci sərbəst yürüşlərdə elə də yaxşı deyildik, amma bolidin vəziyyəti fərqli idi. Mən də yaxşı performans göstərə bilmədim. Buna görə də sürüş tərzimi təkmilləşdirməliyəm. Özümə inanıram”.
Şərh əlavə et