Xəbəri Kokpitdə Oxuyun!

K.Antonelli: Ən yaxşı nəticəmə görə sevincliyəm

Mercedes komandasının sürücüsü Andrea Kimi Antonelli Bəhreyndəki sıralanma turu nəticəsindən razıdır. 

Kokpit.az xatırladır ki, italyan sürücü Bəhreyndəki sıralanma turunda 4-cü olsa da, qırmızı bayraq qaydalarını pozduğu üçün yarışın startında bir yer itirib. O, yarışa beşinci yerdən başlayacaq. 

Peletonun ən gənc sürücüsü sıralanma turunun üçüncü sessiyasındakı ilk cəhdində trasdan çıxıb və ilk dövrəsi silinib. Lakin o, ikinci cəhdində yaxşı nəticə qazana bilib və 1.30.213 zaman nəticəsi ilə dördüncü yeri tutub.

Kimi Antonelli: “Üçüncü sessiyadakı ilk dövrəmdəki səhvim heç olmamalı idi. O səhvdən sonra özümə olan inamım doğrudan da azaldı. Hələ dövrəvi nəticəm yox idi və ikinci cəhdimdə mütləq şəkildə yaxşı dövrə vurmalı idim. Üzərimdə ciddi təzyiq hiss etdim. Asan olmasa da, yaxşı dövrə vura bildim. Əlbəttə, dövrə rəzində kiçik səhvlərim oldu, amma ümumi götürsək, builki ən yaxşı başlanğıc nəticəmi qazandım. Yarışı səbirsizliklə gözləyirəm.

Bizi həyəcanlı yarış gözləyir. McLaren-ə çatmaq çox çətin olacaq. Ancaq Ferrari-lərlə mübarizə aparmaq mümkündür. Yarış templərimiz çox yaxındırlar. Buna görə də yaxşı start almaq çox vacibdir. Daha sonra görək nə edirik. Bizi uzun yarış gözləyir”.

Kimi Antonelli yarışa Lando Norrislə eyni cizgidən başlayacaq. Gənc italyan düşünür ki, Lando Norris yarışda asanlıqla yüksələcək: “Qətiliklə yüksələcək, çünki McLaren çox güclüdür. Norrisin önündə çirkli hava olacaq və bu asan deyil. Son yarışlarda da gördük ki, çirkli hava dövrəvi nəticələrə təsir edir. Amma McLaren güclüdur və Norrisin yüksələcəyinə şübhəm yoxdur”.

Rauf Hacıyev

Şərh əlavə et