Xəbəri Kokpitdə Oxuyun!

Məşqləri Piastri zirvədə bağlayıb

Saxirdəki üçüncü məşqlər demək olar ki, faydasızdır. Çünki həftəsonunun əsas sessiyalarından fərqli olaraq, gündüz baş tutur.

Yarışçılar piti tərk etməyə tələsməyiblər. İlk on dəqiqədə yalnız Haas sürücüləri və Həmilton trasa çıxıb, tədricən digərləri də onlara qoşulub.

Şənbə gününə qədər tras işlənmiş rezin təbəqəsi ilə örtülüb, lakin hələ də kifayət qədər asfaltla ilişmə olmayıb. Yumşaq təkərlər ən yaxşı nəticə verib, lakin onlar yalnız qısa məsafədə dözümlü olublar və diqqətli sürüş tələb ediblər. Külək xüsusilə çox adamın trasdan çıxdığı 11-ci döngədə böyük maneə törətsə də, maşınlar üçün heç bir ciddi nəticə verən hadisə olmayıb.

Sessiyanın ortasında Hülkenberqin maşını trasda dayanıb. Dördüncü döngənin çıxışında Sauber-in mühərriki dayandırma sistemi işə salınıb, sonra sönüb və Niko sürməyə davam edə bilməyib. Maşını təxliyə etmək lazım gəlib.

Louson Rasselin son döngədə onu ötməsindən narazı qalıb. Lekler trasda sol güzgüsünü itirib; mexaniklər onu yenisi ilə əvəz edib. Rassell 10-cu döngənin çıxışında yerində fırlanıb və mühəndisinə Formula 1 maşınında belə zəif asfaltla ilişməni xatırlamadığını söyləyib.

McLaren sürücüləri bu problemlərdən deyəsən təsirlənməyiblər. Oskar Piastri 1:31.646-lik nəticə ilə cədvələ başçılıq edib, komanda yoldaşı Lando Norris isə ikinci olub.

Elçin Zodorov

Şərh əlavə et