Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Drift etdik

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, McLaren-in Bəhreyndə böyük üstünlüyü var.

Kokpit.az xatırladır ki, McLaren cümə sərbəst yürüşlərinin hər ikisində də ən sürətli komanda olub.

Niderlandlı sürücü birinci sərbəst yürüşlərdə yerini Ayumu İvasaya verib. O, ikinci sərbəst yürüşlərdə geri qayıtsa da, geridə qalıb.

Maks Ferstappen: “Doğrudan da çətin idi. Təbii ki, bir-iki dövrə vuraraq öyrəşməyə çalışdım, amma fərq yenə də böyük idi. Buna görə də xoşbəxt deyiləm.

Asfaltla ilişmədə çətinlik çəkirəm. Ümumilikdə boliddə özümü yaxşı hiss etmirəm. Balans pis olmasa da, istədiyimiz səviyyədə deyil. Bundan başqa yarış tempimizi də inkişaf etdirməliyik.

Ümumilikdə çox yavaş idik. Hər dövrə çətinlik çəkirdim. Düzünü desəm, yarış tempimdən də həzz almadım. Yekunda bir az drift etdik”.

Rauf Hacıyev

Şərh əlavə et