Yaxın gələcəkdə V10 motorlara qayıdılmayacaq

Yaxın gələcəkdə V10 motorlara qayıdılmayacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bu gün Bəhreyndə geniş tərkibli görüş keçirilib, atmosfer V10 və ya başqa konfiqurasiyalı motorlara keçid müzakirə olunub. Nəticələr barədə Kristian Horner Sky Sports-a müsahibəsində geniş danışıb.

FİA-nın təşəbbüsü ilə çağırılan görüşə komanda rəhbərləri və güc aqreqatı istehsalçılarının nümayəndələri dəvət olunub və ümumi rəy belə olub ki, yaxın gələcəkdə çempionat hamının çoxdan razılaşdığı və 2026-cı ildə qüvvəyə minəcək reqlament əsasında fəaliyyət göstərəcək.

Ekoloji cəhətdən təmiz yanacaqla işləyən V10-lara qayıtmaq ideyası FİA-nın prezidenti Muhammed bin Sulayem tərəfindən təbliğ olunmağa çalışılıb. Lakin Formula 1 komandalarına öz məhsullarını tədarük edən əksər mühərrik istehsalçıları əvvəllər bağlanmış müqavilələrə sadiq qalmağa üstünlük verirlər, yəni növbəti beş ildə güc qurğuları 2026-cı ilə qədər inkişaf etdirdikləri ilə eyni qalmalıdır.

Bunlar daha sadə hibrid sistemə və daha güclü və səmərəli elektrik hissəsinə malik 1,6 litrlik V6 turbo mühərriklərdir – belə mühərriklər həm də ətraf mühitə daha az zərər verən müasir yanacaqla işləyir.

İclasda belə güc qurğularının yaradılmasına və daha da təkmilləşdirilməsinə maksimum diqqət ayırmaq qərara alınıb, lakin daha uzaq gələcəyin mühərriklərinin necə ola biləcəyi ilə bağlı müzakirələr davam etdiriləcək.

İclasdan sonra dərc olunan federasiyanın rəsmi bəyanatında belə deyilir: “Bütün tərəflər 2026-cı ilin reqlamentinə sadiq qalırlar; bütün tərəflər çempionatın gələcək texniki inkişafı istiqamətləri ilə bağlı müzakirələri davam etdirməyə razılaşıblar; hər hansı perspektivli ideyalar müzakirə edilərkən elektrikləşdirmənin müəyyən səviyyəsi həmişə nəzərə alınacaq; ekoloji cəhətdən təmiz yanacaqlardan istifadə məcburi olacaq”.

Sənəddə həmçinin vurğulanır ki, FİA xərclərin azaldılması və ekoloji mülahizələrin əsas şərti nəzərə alınmaqla, komandaların və güc qurğusu istehsalçılarının üstünlük verdiyi gələcək inkişafın istənilən istiqamətini dəstəkləyəcək. Təbii ki, idmanın və azarkeşlərin maraqları hər zaman birinci yerdə olmalıdır.

BBC Sport-un məlumatına görə, bugünkü görüşdən bir neçə həftə əvvəl FIA prezidenti tək oturacaqlı yarış direktoru Nikolaos Tombazisə V10-lara qayıtmaq ideyasını üzərində işlənə biləcək bir layihəyə çevirməyi tapşırıb.

Üstəlik, Red Bull və Ferrari bu layihəni dəstəkləməyə hazır idilər, lakin səslərin əksəriyyəti ən azı Formula 1 inkişafının indiki mərhələsində ondan imtina etmək qərarına gəlib.

Bunları da oxuyun

Şərh əlavə et