Kokpit.az bildirir ki, Maks Ferstappen Yaponiya yarışından sonra bildirmişdi ki, McLaren MCL39-u özü sürsəydi, yarışı asanlıqla qazanardı.
Niderlandlı sürücünün bu sözlərinə ilk reaksiyanı Oskar Piastri vermişdi. Gənc sürücü Ferstappenin zarafat etdiyini deyərək, gərginliyi azaltmağa çalışmışdı. Lakin dördqat Dünya Çempionu zarafat etmədiyini və ciddi olduğunu demişdi. Bununla da gərginlik daha da artdı.
Lando Norris Bəhreyndə Maks Ferstappenin iddialarına cavab verib: “Məni maraqlandırmır. Hamı istədiyini deyə bilər və istədiyinə inanar.
Mən də, Oskar da yaxşı pilotlarıq. Bəlkə, Maks bəzi yarış şəraitlərində bizdən yaxşıdır. Amma hər şəraitdə güclü deyil.
Maksa böyük hörmətim var, amma dedikləri bəzi sözlər doğru deyil. Hər gün gəlib bizim maşınımızı sürə bilər. Maşından düşəndən sonra üzündəki məyusluğu gördüyümə sevinirəm”.
Şərh əlavə et