Xəbəri Kokpitdə Oxuyun!

Bəhreynə gətirilən yeniliklər

Komandalar Bəhreyn Qran Prisinə yeniliklərlə gəlib. Bəs kim hansı yeniliyi gətirib?

Kokpit.az bildirir ki, əksər komandalar Saxir trasına yeniliklər gətirməsə də, Ferrari bu işə fərqli yanaşıb.

Bu mövsüm gözləntiləri qarşılamayan İtalyan komandası xüsusən altlıq hissəsində böyük dəyişikliklər edib. Altlığın gövdəsi, kənarları və diffuzor hissəsində vacib dəyişikliklər edilib. Buna görə arxa qanadda da dəyişikliklər olub.

Yaponiyada Maks Ferstappenlə qalib gələn Red Bull komandası ön qanadda kiçik dəyişiklik edib. RB21-i isti havaya adaptasiya etmək üçün motor qapağında xırda dəyişiklik edilib.

McLaren komandası isə ön əyləc kanalının üzərindəki qanadcığı yeniləyib. Haas komandası da soyutma üçün motor qapağında xırda dəyişikliklər edib.

Digər komandalar isə Bəhreynə əvvəlki yarışlardakı paketi gətiriblər.

Bəhreynə gətirilən yeniliklər

  • McLaren: Ön əyləc kanalı qanadçığı
  • Ferrari: Altlıq çəpəri, altlıq gövdəsi, altlıq kənarı, diffuzor, arxa qanad
  • Red Bull: Ön qanad, soyutma jalüzü
  • Mercedes: –
  • Aston Martin: –
  • Alpine: –
  • Haas: Motor qapağı
  • RB: –
  • Williams: –
  • Sauber: –

Rauf Hacıyev

Şərh əlavə et