Xəbəri Kokpitdə Oxuyun!

Həmilton: Yeniliklər gətirmişik

Ferrari komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, onlar Bəhreynə yeniliklərlə gəliblər.

Kokpit.az bildirir ki, “qırmızılar” bu həftəsonu üçün yeni altlıq hazırlayıblar. Britaniyalı sürücü bu yeniliklərin maşına daha çox asfaltayatma qüvvəsi qazandıracağına ümid edir.

Lyuis Həmilton: “Bu həftəsonunda bolidimizdə bəzi yeniliklər olduğu üçün sevincliyəm.

Ümid edirəm ki, bu yeniliklər daha çox asfaltayatma qüvvəsi qazandırar. Boliddə böyük problemlərin olduğunu düşünmürəm. Sadəcə tempimiz azdır. Lakin bu həftəsonu bir addım qabağa getməyə ümid edirik.

Bəhreyndəki qış testlərindən bəri çox uzun məsafə qət etmişəm. Buna görə də özümü sükan arxasında testlərə nisbətən çox rahat hiss edirəm. Əlimizdə yeniliklər var və sazlanmaları artıq daha yaxşı anlayırıq. Ümid edirəm ki, bunlar yaxşı bir həftəsonuna işarədir.

McLaren-lə aradakı fərqi bağlamağa çalışırıq. Onların maşını aşkar formada çox güclüdür. Keçən il Mühəndislər Kubokunun qalibi olublar və bu mövsümə də yaxşı başlayıblar.

Lakin biz də son yarışlardan çox şey öyrənmişik. Ümid edirəm ki, komandamız bu həftəsonu irəli doğru bir addım atacaq. Bu addım aradakı fərqi tam bağlamaya bilər, amma ən azından bu yolda irəliyə gedərik. Əgər boliddən maksimumu ala bilsək, yaxşı nəticə qazanacağıq. Komanda da hazırda bunun üzərində işləyir”

Rauf Hacıyev

Şərh əlavə et