Bəhreyndə Ferstappeni İvasa əvəz edəcək

Bəhreyndə Ferstappeni İvasa əvəz edəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandası Bəhreyn Qran Prisinin birinci sərbəst yürüşlərində Maks Ferstappenin əvəzinə Ayumu İvasanı trasa çıxaracaq.

Kokpit.az xatırladır ki, yeni reqlamentə görə hər sürücü mövsümdə iki dəfə sərbəst yürüşlərdə yerini gənc sürücülərə verməlidir. Bu qaydaya görə Red Bull komandasında birinci sərbəst yürüşlərdə Maks Ferstappenin yerini Ayumu İvasa alacaq.

Qeyd edək ki, yaponiyalı sürücü daha əvvəl 2024-cü ilin Yaponiya və Əbu Dabi Qran Prilərində Racing Bulls ilə birinci sərbəst yürüşlərə çıxmışdı.

Bununla da gənc sürücü Bəhreyndə ilk dəfə Red Bull bolidinin sükanı arxasına keçəcək. Dördqat Dünya Çempionu Maks Ferstappen ikinci sərbəst yürüşlərdə yenidən kokpitə qayıdacaq.

Bununla da Bəhreyndə 6 debütant sürücü əsas sürücüləri əvəzləyəcək. Daha əvvəl Mercedes, Ferrari, Red Bull, Haas, Aston Martin və Williams komandaları Bəhreyndəki birinci sərbəst yürüşlərə gənc sürücülərlə çıxacaqlarını demişdilər.

Komandaların bunun üçün Bəhreyni seçmələrinin əsas səbəbi Saxirdə yarışla birinci sərbəst yürüşlər arasındakı şərait fərqidir. Birinci sərbəst yürüşlərdə gündüz olur və hava da isti olur. Yarış isə gecə və nisbətən sərin havada keçirilir.

Qeyd edək ki, Bəhreyndəki birinci sərbəst yürüşlərdə Fernando Alonsonu Felipe Druqoviç, Şarl Lekleri Dino Beqanoviç, Corc Rasselli Frederik Vesti, Karlos Saynsı Lyuk Brouninq, Oliver Bermanı isə Rio Hirakava əvəz edəcək.

Bunları da oxuyun

Şərh əlavə et