Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Bəhreynə yeniliklə gəlir

Ferrari komandası Bəhreynə gətirəcəyi yeniliklərlə SF-25-in balans problemini həll etməyə çalışacaq.

Kokpit.az bildirir ki, Ferrari komandası bu yeniliyi Suzukaya gətirməyi hədəfləyirdi. Lakin “qırmızılar” gecikdikləri üçün yeniliyi növbəti yarış olan Bəhreynə təxirə salıblar.

Suzuka SF-25-in zəif tərəflərini yenidən göstərdi. İtaliya mətbuatının xəbərinə görə bolidin arxa tərəfi balanssızdır və templəri o qədər də yaxşı deyil. Xüsusən də ön tərəfdəki xroniki balanssızlıq hələ də həll edilməyib. Ferrari bu problemi yeni altlıqla birlikdə təkmilləşdirilmiş hava axımı üsulu ilə düzəltməyi planlaşdırır.

Yeni altlıqda texniki cəhətdən hava axımını daha stabil edəcək quruluş hədəflənir. Bu həm aerodinamik xəritəni genişləndirəcək, həm də bolidi fərqli sürüş şəraitində daha stabil edəcək. Yeni altlıqla asfaltayatma mərkəzinin bir az da önə gəlməsi və bunun hesabına bolidin döngələri daha yaxşı dönməsi gözlənilir.

Ferrari-nin mühəndisləri maşını hələ tam olaraq başa düşməyiblər. Buna görə də bu yeniliklər əvvəldən planlaşdırılmayıb. Bu yeniliklər hazırkı çatışmazlıqlara müdaxilə üçündür.

Bəhreynə gətiriləcək bu yeniliklər SF-25-in potensialını daha yaxşı istifadə edə bilməsi üçün çox vacibdir.

Rauf Hacıyev

Şərh əlavə et