Kokpit.az bildirir ki, İsveç-Bosniya əsilli sürücü bununla da ilk dəfə Formula 1 maşını sürəcək.
2025-ci ildə gətirilən qaydalara görə hər sürücü mövsümdə ən az iki dəfə yerini gənc pilotlara verməlidir. Daha əvvəl bu qayda hər sürücü üçün mövsümdə bir dəfə idi.
Bununla da Ferrari bu il gənc sürücü xidmətindən yararlanan ilk komanda olacaq. Dino Beqanoviç Bəhreyndə birinci sərbəst yürüşlərdə trasa çıxaraq Şarl Lekleri əvəz edəcək və Lyuis Həmiltonla birlikdə işləyəcək.
Gənc pilot bu vəzifəsini Formula 2 yarış proqramı ilə birgə yerinə yetirəcək.
Qeyd edək ki, İsveç-Bosniya əsilli sürücü bu il Formula 2-də Hitech komandası ilə ilk tam mövsümünü keçirir və o, Avstraliyada keçirilən mövsümün ilk sprint yarışında 14-cü yeri tutub. Əsas yarış isə yağışa görə ləğv olunub.
Dino Beqanoviç 2024-cü ildə Formula 3-də iki yarış qazanmış və 2022-ci ildə Alpine tərəfindən təşkil edilən Formula Regional Avropa Çempionatında çempion olmuşdu.
Şərh əlavə et