Kokpit.az xatırladır ki, Mercedes komandaslnda yeni bir dövr başlayır. “Gümüşü oxlar”ın əfsanəvi sürücüsü Lyuis Həmilton bu ildən Ferrari-nin şərəfini qoruyacaq.
Alman təmsilçisi bu gün Corc Rassell və debütant sürücüsü Kimi Antonelli ilə Bəhreyndə yeni W16-nı trasa çıxarıblar. Sükan arxasına ilk olaraq komandanın lider pilotu sayılan Corc Rassell keçib.
Mercedes komandası keçən il qeyri-stabil performans göstərmişdi. Buna görə də mühəndislər aşağı sürətli döngələrdə bolidin performansını yaxşılaşdırmaq üçün işlər görüblər.
Şərh əlavə et