Xəbəri Kokpitdə Oxuyun!

Red Bull RB21 təqdim edilib

Red Bull komandası 2025-ci il bolidi RB25-i təqdim edib.

Kokpit.az xatırladır ki, Red Bull komandası fevralın 18-də Londonda O2 Arenada 2025-ci il maşınının rəng çalarını təqdim etmişdi. “Qırmızı öküzlər” bu gün RB21-i təqdim ediblər.

RB21 keçənilki RB20-nin inkişaf etmiş versiyasıdır. Avstriya komandası keçən il mövsümə möhtəşəm başlasa da, sonradan McLaren və Ferrari komandalarının gerisinə düşmüşdü. Buna görə də Red Bull bu il əsasən bolidin balansını düzəltmək üçün işləyib.

Komandanın texniki direktoru Pyer Vaşe bildirib ki, RB21 daha asan sazlanan və balanslı maşın olacaq: “Əsas olan həm sürətli maşın düzəltmək, həm də sürücünün bu sürətdən maksimumu almasını təmin etməkdir. 2023-cü ildə doğru yolda olduğumuzu düşündük, amma keçən il səhvlərimizi tapdıq. Bu il isə balansı qorumalıyıq”.

Red Bull komandası bu gün çəkiliş günü üçün RB21-i Bəhreynin Saxir trasına çıxaracaq. Sabah isə elə eyni trasda qış testləri başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et