Xəbəri Kokpitdə Oxuyun!

Williams FW47 təqdim olunub

Williams komandası Silverstounda 2025-ci il bolidini təqdim edib.

Kokpit.az bildirir ki, təqdimatdan sonra komandanın sürücüləri Aleks Elbon və Karlos Sayns çəkiliş günü üçün trasa çıxıblar və 200 kilometr məsafə qət ediblər. Qaydalara görə komandalar çəkiliş günündə Pirelli-nin şou təkərlərindən istifadə edirlər.

Williams komandası da eynilə McLaren kimi müvəqqəti rəng çaları ilə təqdimat edib. Britaniya komandasının builki əsl rəng çalarını isə fevralın 18-də Londonda O2 Arenada keçiriləcək F1 75 tədbirində rəsmi olaraq görəcəyik.

Williams komandası Atlassian ilə müqavilə bağlayıb və beş ildən sonra titul sponsoru olacaq.

Williams FW47 Ceyms Vavlsın rəhbərliyi altında düzəldilən ikinci maşındır. Britaniyalı mütəxəssisin əsas hədəfi əfsanəvi komandanı yenidən zirvəyə qaytarmaqdır.

Qeyd edək ki, Formula 1-in ən titullu ikinci komandası bu il hetinə Karlos Saynsı qatıb.

Rauf Hacıyev

Şərh əlavə et