Xiaomi 15 Ultra görünüb

Rauf Hacıyev 04 Fevral 2025, 10:02
Xiaomi 15 Ultra görünüb
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Xiaomi-nin yeni telefonu 15 Ultra canlı olaraq görüntülənib. Bundan əlavə cihazın satışa çıxarılma tarixi də açıqlanıb.

Xiaomi, 2024-cü ilin oktyabrında yeni flaqman telefonları olan Xiaomi 15 seriyasını rəsmi olaraq təqdim etmişdi. Bunlara əlavə olaraq hər il olduğu kimi seriyaya daha bir “Ultra” modeli əlavə olunacaqdı. Xiaomi 15 Ultra-nın bu ay təqdim ediləcəyi gözlənilirdi.

İnsanlar cihazı həyəcanla gözlədiyi vaxtda  Xiaomi 15 Ultra-nın canlı görüntüləri və buraxılış tarixi ictimaiyyətə sızdırılıb.

Fevralın 26-da təqdim ediləcəyi deyilən Xiaomi 15 Ultra belə görünəcək

Sızdırılan videoya baxdığımız zaman telefonun arxa tərəfinin dizaynı haqqında fikir əldə edə bilərik. Telefonun arxa tərəfində yeni dizayn görürük. Nəhəng yuvarlaq adanın içərisinə yerləşdirilən kamera qurğusu, batareya formalı flaş, əyri künclər və dördlü Leica kameraları diqqəti cəlb edən detallardan bəziləridir.

Bundan əlavə, sızdırılan bir poster bizə Xiaomi 15 Ultra-nın təqdimat tarixini göstərir. Cihazın bu ay ərzində təqdim ediləcəyini bilirdik, amma dəqiq tarix yox idi. Afişaya görə cihaz rəsmi olaraq fevralın 26-da ictimaiyyətə göstəriləcək.

Xiaomi 15 Ultra-da bizi hansı xüsusiyyətlər gözləyir?

Gəlin telefonun  xüsusiyyətlərinə nəzər salaq. İddialara görə cihazda 2K təsvir ölçülü və 120 Hz yeniləmə sürətinə malik 6,8 düymlük ekran görəcəyik. O, Snapdragon 8 Elite prosessoru ilə təchiz ediləcək və 16 GB RAM ilə gələcək. Qlobal versiyanın 512 GB yaddaşla təklif ediləcəyi gözlənilir. Çin versiyası 1 TB-ə qədər artacaq.

Kamera tərəfinə gəldiyimiz zaman qarşımıza 50 MP OIS dəstəkli əsas kamera, 50 MP ultra geniş, 50 MP 3x optik zum dəstəkli telefoto və 200 MP 4.3x zoom periskop telefoto kamera görəcəyik. Ön tərəfdə 32 MP-lik selfi kamerası olacaq. HyperOS 2.0 ilə qutudan çıxacaq telefonun 90W simli və 50W simsiz dəstəyi ilə 6000 mAh batareya ilə çıxacağı gözlənilir.

Bunları da oxuyun

Şərh əlavə et