L.Həmilton: Xüsusi an idi

L.Həmilton: Xüsusi an idi
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Lyuis Həmilton “qırmızılar”la ilk testindən sonra emosional açıqlamalar verib.

Kokpit.az bildirir ki, britaniyalı sürücünün Ferrari ilə ilk testi tiffozinin böyük marağına səbəb olub. O, Pirelli-nin yağış və şou təkərləri ilə Fyorano trasına çıxıb və bəzi döngələrdə yaşadığı kilitlənmələri nəzərə almasaq, yaxşı gün keçirərək, komandaya tez uyğunlaşıb.

Lyuis Həmilton: “Karyeram ərzində çoxlu ilklər oldu. İlk test, ilk yarış, ilk podium, ilk qələbə, ilk çempionluq, ancaq ilk dəfə Ferrari bolidini sürmək həyatımın ən gözəl hisslərindən biri idi. Maşını işə salıb boksdan çıxdığım anda üzümdə gülümsəmə əmələ gəldi. Mənə ilk Formula 1 testimi xatırlatdı. O həyəcan və xüsusi hisslər geri qayıtdı. İyirmi ildən sonra eyni hissləri yaşamaq inanılmaz idi.

Ferrari ailəsinin necə istəkli olduğunu əvvəllər də bilirdim, amma bunu Ferrari pilotu kimi təcrübədən keçirmək çox ilhamvericidir. Bu istək onların damarlarından axır və sizə enerji verir. Bu həftə Maranelloda onların sevgisini gördüm və buna görə minnətdaram. Önümüzdə görəcək çox işimiz var, ancaq başlamaq üçün səbirsizlənirəm”.

Nahardan sonra sükan arxasına Şarl Lekler keçib və o, 14 dövrə vuraraq, 2025-ci il mövsümünə başlayıb.

Testə Ferrari-nin vitse-prezidentin Pyero Ferrari nəzarət edib. Bundan başqa Lyuis Həmiltonun anası da xüsusi anı izləmək üçün Fyoranoya gəlib.

Bunları da oxuyun

Şərh əlavə et