Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Mercedes Adidas-la tərəfdaş olub

Mercedes komandasının geyimlərini bu mövsümdən etibarən Adidas təmin edəcək.

Kokpit.az bildirir ki, artıq uzun müddət idi ki, Adidas-la Mercedes-in danışıqlar apardığı dedi-qoduları yayılmışdı.

Yeni müqavikəyə əsasən Adidas sürücülərə, mexaniklərə və mühəndislərə xüsusi məhsullar düzəldəcək. Adidas və Mercedes ortaqlığının kolleksiyası isə fevral ayından etibarən satışa çıxarılacaq. Rəsmi açıqlamaya əsasən tərəflər arasındakı müqavilə çoxillik olacaq.

Adidas-ın İdarə Heyətinin Rəhbəri Börn Gulden: “Avtoidmana qayıtdığımız üçün çox sevincliyik. Avtoidmana, xüsusən də Formula 1-ə son illərdə maraq artıb. Hazırda yeni kütlələrə çatıb və həm idmanda, həm də gündəlik dəndə böyük təsir yaradıb.

Mercedes komandası ilə müqavilə imzalayaraq idmana gəldiyimiz üçün çox qürurluyuq”.

Mercedes Motorsport-un ortağı və İdarə Heyətinin Rəhbəri Toto Volff isə yeni tərəfdaşlıq barədə fikirlərini belə bölüşüb: “Komandamızın yeni səhifə açarkən Adidas ilə başlatdığı bu tərəfdaşlıq iddiamızı qəti şəkildə göstərir. Adidas əfsanəvi markadır və performans qədər stilə, zərifliyə diqqət yetirir və buna görə də digərlərindən seçilir.

Bu tərəfdaşlıq idmanımızdakı komanda geyimlərinin və azarkeş məhsullarının önəmini göstərir. Bu yeni addımı atdığımız və Adidas ilə birlikdə Dünya Çempionluqları üçün mübarizə aparacağımız üçün həyəcanlıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et