Kokpit.az bildirir ki, Xuan Pablo Montoya-nın 19 yaşlı oğlu Sebastyan gələn mövsüm Prema komandasına Qabriel Mini ilə komanda yoldaşı olacaq.
Montoya ilk olaraq 2020-ci ildə Formula 4 və Formula Regional-da yarışmaq üçün Prema-ya transfer olunub və 2023-cü ildə Formula 3-ə gələndə Hitech Grand Prix komandasına qatılıb. O, Formula 3-də iki mövsüm keçirib və 2024-cü il mövsümündə Campos komandasında çıxış edib. Kolumbiyalı sürücü Belçikada əsas yarışda podiuma yüksəlib və mövsümü 17-ci yerdə bitirib.
Sebastyan Montoya: “2025-ci ildə Formula 2-də Prema ilə yarışacağım üçün çox həyəcanlıyam. Onlar birlikdə işlədiyim ilk komanda idi. Buna görə inkişaflarını görmək gözəl olacaq. Onlar köməkçi seriyalarda ən yaxşı komandalardan biridir. Onlarla yenidən işləyəcəyim üçün çox sevincliyəm və işə başlamaq üçün səbirsizlənirəm”.
Qeyd edək ki, Prema komandası Formula 3-də Şarl Lekler, Mik Şumaxer, Oskar Piastri kimi sürücülərlə üç dəfə Formula 2-də Dünya Çempionluğu qazanıb. Bu il isə Oliver Berman və Andrea Kimi Antonelli Prema-da yarışıb və onlar 2025-ci ildə Formula 1-də çıxış edəcəklər. Buna görə də italyan komandası növbəti mövsümdə Qabriel Mini və Sebastyan Montoya ilə tamamilə yeni heyətə sahib olacaqlar. Xatırladaq ki, Prema 2024-cü ildə Formula 2-də 5-ci yeri tutmuşdu.
Prema-nın rəhbəri Rene Rosin: “Sebastyan ilə yenidən işləmək gözəldir. Formula 4 və Formula Regionalda bir yerdə işləməkdən həzz almışdıq və 2025-ci ildə Formula 2-də potensialımızı ən yaxşı formada göstərəcəyimizə əminik”.
Beləliklə, Sebastyan Montoya Formula 2-də növbəti mövsüm üçün təsdiqlənən 15-ci sürücü olub. Hitech komandası gələn mövsüm Dino Beqanoviç və Lyuk Brouninq cütü ilə yarışacağını bəyan edib.
Art komandası isə 2023-cü ildə Super Formula çempionatında Dünya çempionu olmuş Ritomo Miyatanı transfer edib. Roman Stanek və Kuş Maini müvafiq olaraq İnvicta və DAMS ilə Formula 2-dəki üçüncü mövsümlərinə başlayacaqlar. Formula 3-də yarış qazanmış Sami Meqetuni isə Trident-də Maks Esterson ilə komanda yoldaşı olacaq.
2025-ci ildə Formula 2 peletonu
Invicta Racing: Leonardo Fornaroli, Roman Stanek
Campos Racing: Arvid Lindblad, Məlum deyil
MP Motorsport: Rixard Versxor, Oliver Gote
Hitech Pulse-Eight: Dino Beganovic, Lyuk Brouning
Prema Racing: Qabriel Mini, Sebastyan Montoya
DAMS: Cek Crouford, Kuş Maini
ART Grand Prix: Ritomo Miyata, Məlum deyil
Rodin Motorsport: Kristian Mənsell, Məlum deyil
AIX Racing: Məlum deyil,Məlum deyil
Trident: Maks Esterson, Sami Megetunif
Van Amersfoort Racing: Məlum deyil, Məlum deyil




Şərh əlavə et