Kokpit.az xatırladır ki, almaniyalı sürücü Əbu Dabidəki mövsümsonu testlərində Sauber-in sükanı arxasına keçib. O, gün ərzində 2025-ci il təkərlərini test edib və yeni komandasına öyrəşməyə çalışıb.
Niko Hülkenberq: “Bir yerdə işlədiyimiz ilk gün çox yaxşı keçdi. Gələn il üçün sağlam bir təməl atdıq. Maşın haqqında ilk təəssüratlarımı əldə etdim. İndi isə işimə daha yaxşı fokuslanmaq üçün yeni ili səbirsizliklə gözləyirəm”.
Qabriel Bortoleto da yeni komandası ilə trasa çıxıb və bir neçə dövrə vurub: “Bu testlərdə Formula 1 sürücüsü kimi ilk dəfə sükan arxasına keçdim. Bu inanılmaz təcrübə idi. Çox gözəl bir günü geridə qoyduq. Bolidə öyrəşməyə, mühəndisləri, mexanikləri və komanda işçilərini tanımağa çalışdım. Formula 1 maşınları Formula 2 maşınlarından sürətlidir. Həm də fərqlidir. Karyeramdakı yeni bir dövrə başlamaq üçün səbirsizlənirəm. Artıq bu komandanın bir üzvü olduğum üçün qürur duyuram”.
Şərh əlavə et