Red Bull sürücü heyətinə bu gün qərar verəcək

Red Bull sürücü heyətinə bu gün qərar verəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull komandasının rəhbəri Helmut Marko bildirib ki, gələnilki sürücü heyətlərinə bazar ertəsi qərar verəcəklər. 

Kokpit.az xatırladır ki, 2024-cü il mövsümü Əbu Dabi Qran Prisi ilə başa çatıb. Ancaq  bu Serxio Peresin Formula 1-dəki son yarışı ola bilər. Paddokda bununla bağlı dedi-qodular hər yeri bürüyüb. 

Serxio Peres yarışdan sonra verdiiy açıqlamada bunları demişdi: “Növbəti günlərdə bir qərar verilməsə, gələn il də yarışmağa davam edəcəyəm”.

Lakin arxa planda Red Bull komandasının Serxio Peresə maddi təzminat və səfirlik rolu verməsi təklif edildiyi deyilir. Təklifi qəbul edib-etməmək isə Serxio Peresdən asılıdır.

Red Bull komandasının idman məsləhətçisi Helmut Marko yarışdan sonra verdiyi açıqlamada bildirib ki, bazar ertəsi Red Bull-un idarəçiləri hərtərəfli toplantı edəcəklər: “Bu toplantıda bütün reallıqlar müzakirə olunacaq və qərar veriləcək. Həm Red Bull-un, həm də RB-nin heyətlərinə bazar ertəsi qərar verəcəyik”.

Lakin Helmut Marko əlavə edib ki, sürücü heyətləri ilə bağlı rəsmi açıqlama bazar ertəsi olmayacaq. Rəsmi açıqlama isə həftənin ikinci günü Yuki Tsunodanın Red Bull ilə çıxacağı testdən sonra veriləcək: “Yukinin testinin tamamlanmasını gözləyəcəyik”.

Əgər Serxio Peres komandadan ayrılsa, Liam Louson Maks Ferstappenin komanda yoldaşı kimi Red Bull-a gətirilə bilər.

Helmut Marko bu barədə belə danışıb: “Bunu bazar ertəsi müzakirə edəcəyik, ancaq hər bir halı dəyərləndirəcətik”.

Belə olan halda Red Bull komandasının gənc sürücüsü və hazırda Formula 2-də çıxış edən Ayzek Həcərin də əlində fürsət düşə bilər. Düzdür, mövsümün son yarışı fransalı sürücü üçün yaxşı keçməyib. Buna baxmayaraq, Helmut Marko gənc sürücüsünü müdafiə edib: “Problemlər onun səhvindən olmadı”.

Serxio Peres isə Əbu Dabi yarışını ilişmə muftası yandığı üçün vaxtından əvvəl dayandırıb: “Təəssüf ki, ilişmə muftası yandı. Qətərdə də eyni problem olmuşdu. Bunun niyə yandığını anlamalıyıq”.

Bunları da oxuyun

Şərh əlavə et