Norris McLaren-in üstünlüyünü poulla taclandırıb

Norris McLaren-in üstünlüyünü poulla taclandırıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bu mövsüm intriqa son mərhələyə qədər davam edib. Saxirdə mövsümöncəsi testlərlə başlayan 10 aylıq marafonda son yarışının sıralanma turuna gəlib çatsaq da, bütün suallar öz cavabını hələ də tapmayıb.

Burada sabah əsas suala aydınlıq gələcək – Mühəndislər Kubokunu McLaren qazanacaq, yoxsa Ferrari? Eyni zamanda bu həftəsonu bir neçə sürücü üçün cari komandalarında, bəziləri üçün də F1-də son yarış olduğundan, hamı əlindən gələnin maksimumunu etməyə çalışır.

Cümə günü ilk məşqlərdə Lekler hamıdan sürətli olub, lakin güc qurğusunun elementi dəyişdirildiyi üçün startda 10 yer itirəcək. İkinci və üçüncü məşqlərdə isə McLaren sürücüləri daha üstün olublar. Pirelli burda ən yumşaq tərkibləri – C3, C4 və C5 təkərlərini gətirib.

İlk sessiyada Rassell, Həmilton və Alonso sərt təkərlərlə trasa çıxıblar və dərhal geri qayıdaraq Soft təkərlərə keçid ediblər. Peresin nəticəsi ləğv edilib, lakin daha sonra stüardlar səhvlərini anlayraq onun dövrəsini bərpa ediblər. İkinci cəhdlərdə pit-leynin çıxışında tıxac yaranıb. Lekler 1:23.302-lik nəticə ilə ən sürətli olub. Bottas gözlənilməz şəkildə ikinci nəticəni göstərib. Duen, Kolapinto, Həmilton, Çjou və Elbon mübarizəni dayandırıblar.

İkinci sessiya Həmiltonla Maqnussein insidentinə görə yaranmış problemlər ucbatından bir neçə dəqiqə gec başlayıb. Maks ilk cəhdində hamıdan sürətli olub və ikinci cəhdinə çıxmaqdan imtina edib. Leklerin nəticəsi trasdan tam çıxdığı üçün ləğv olunub. Sayns ilk sıranın sahibi olub – 1:22.985. Bottas uzun fasilədən sonra son mərhələyə keçə bilib. Elbon, Maqnussen, Lekler,Stroll və Louson mübarizəni başa vurublar.

Son sessiyada birinci cəhddə Ferstappen üstün olub. Piastrinin nəticəsi silinib, Bottas isə təkəri olmadığı üçün ilk cəhdinə çıxmayıb. İkinci cəhdlərdə isə McLaren sürücüləri sözlərini deyiblər – öncə Piastri Maksı üstələyib, lakin yekun nəticəni Norris 1:22.595 ilə müəyyən edib.

Lando Norris mövsümdə 8-ci, karyerasında isə 9-cu poulunu qazanıb. Sabahkı yarışa onun yanından komanda yoldaşı Oskar Piastri başlayacaq və McLaren Mühəndislər Kubokunu qazanmaq üçün ideal şans əldə edib. İkinci cərgəni Karlos Sayns və Niko Hülkenberq, üçüncü cərgəni isə Maks Ferstappen və Pyer Qasli tutublar.

Bunları da oxuyun

Şərh əlavə et