Xəbəri Kokpitdə Oxuyun!

Pepe Marti ilk yarışını qazanıb

Formula 2 üzrə Əbu Dabi Qran Prisinin sprint yarışında Campos komandasının sürücüsü Pepe Marti qalib gəlib.

Kokpit.az bildirir ki, Red Bull-un gənc sürücüsü yarışa dördüncü yerdən başlasa da, startdan sonra ilk dövrədə liderliyi ələ keçirib və üstün performans göstərərək, yarışı qazanıb. Bununla da ispaniyalı pilot Formula 2 karyerasının ilk qələbəsinə imza ataraq, podiumun zirvəsinə çıxıb.

 

Gələn il Sauber komandası ilə Formula 1-də debüt etməyə hazırlaşan Qabriel Bortoleto isə çempionluq uğrunda mübarizədə çox soyuqqanlı performansla diqqətləri cəlb edib. Braziliyalı sürücü yarışa beşinci yerdən başlasa da, yarış ərzində yaxşı performans göstərərib və həm Dürkseni, həm də Kordili geridə qoyaraq, yarışı ikinci yerdə bitirib. Yarışın sonunda Bortoleto lider Martidən 2.5 saniyə geridə qalıb. Onun çempionatdakı ən yaxın izləyicisi Ayzek Həcər isə yarışda 6-cı olub. Beləliklə, sabahkı əsas yarışdan əvvəl Bortoleto rəqibi ilə xal fərqini 5.5-ə yüksəldib.

Çempionluq üçün mübarizə aparan Ayzek Həcər isə 9-cu yerdən başladığı yarışda çətin anlar yaşayıb. Fransalı sürücü Oliver Berman və Dino Beqanovicin arxasında yer qazanmaqda çətinlik çəkərək, finişə 6-cı yerdə çatıb. Beləliklə, o sabahkı son yarışdan əvvəl turnir cədvəlində bir qədər geriyə düşüb.

Yarışa bəzi insidentlər həyəcan qatıb. Aron və Dürksen üçüncü yer uğeunda mübarizə apararkən Kordil ilə təmas yaşayıb. Bu insidentdən sonra Dürksen mübarizəni dayandırıb. Kordilin tempi isə düşməyə başlayıb. O, yarış ərzində aqressiv formada müdafiə olunsa da, finişə 14-cü yerdə çatıb.

Ferrari komandasının gənc sürücüsü Oliver Berman isə tras limitlərinə məhəl qoymadığı üçün 5 saniyə cəza alıb və yarışı dördüncü yerdə bitirsə də, cəzaya görə beşinciliyə yuvarlanıb.

Beləliklə, yarşı Pepe Marti qazanıb. İkinci yeri Qabriel Bortoleto, üçüncü Pol aron tutub. Dino Beqanoviç isə Oliver Bermanın  5 saniyəlik cəzasından sonra dördüncü yerə yüksəlib. Çempionluğun əsas namizədlərindən biri Ayzek Həcər 6-cı olub.

Bununla da Aronun çempionluq şansları tamamən tükənib. titul uğrunda mübarizə sabah mövsümün son yarışın Qabriel Bortoleto və Ayzek Həcər arasında gedəcək. Sabahkı son yarışa Bortoleto ikinci, Həcər isə dördüncü yerdən start verəcək. Titulu kimin qazanacağı isə şübhəsiz ki, hamıya maraqldır.

Rauf Hacıyev

Şərh əlavə et