Əbu Dabidə günün ən güclüsü McLaren-dir

Əbu Dabidə günün ən güclüsü McLaren-dir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1 üzrə Əbu Dabi Qran Prisinin ikinci sərbəst yürüşlərində McLaren komandası sözün əsl mənasında şou göstərib. Lando Norris birinci, Oskar Piastri ikinci yeri tutub. 

Kokpit.az bildirir ki, Əbu Dabidə ikinci sərbəst yürüşlər sıralanma turu və yarışla eyni şəraitdə olduğu üçün burada dövrə vurmaq çox vacib idi. Sürücülər burada əsasən yarış tempinə kökləniblər və sessiya ərzində heç bir insident baş verməyib. Bu isə o deməkdir ki, sürücülər 60 dəqiqəlik sessiyadan faydalı formada istifadə ediblər. 

McLaren komandasının sürücüləri soyuyan trasda ön plana çıxıblar. Lando Norris 1.23.517 zaman nəticəsi ilə zirvədə yer alıb. McLaren komandasının digər sürücüsü Oskar Piastri isə Landodan 0.234 saniyə geriqə qalaraq, ikinci olub. Beləliklə, McLaren Əbu Dabidə cümə gününü zirvədə qapadıb.

Haas komandasının sürücüləri sessiya ərzində gözlənilmədən ən sürətli olublar. Niko Hülkenberq lider Norrisdən 0.4 saniyə geridə qalaraq, üçüncü olub və surprizə imza atıb. Kevin Maqnussen isə liderdən 0.7 saniyə geridə qalaraq, günü 8-ci yerdə bağlayıb.

Ferrari ilə son yarışına çıxamağa hazırlaşan Karlos Sayns liderdən 0.5 saniyə geridə qalaraq, dördüncü yeri tutub. Mercedes-lə vidalaşmağa hazırlaşan Lyuis Həmilton isə beşinci olub. Mədəsindən narahat olan Şarl Lekler isə günü altıncı yerdə bağlayıb.

Sauber komandasının sürücüsü Valtteri Bottas həm sıralanma, həm də yarış tempində yaxşı performans göstərərək, yeddinci yeri tutub. Onu Kevin Maqnussen, Aleks Elbon və Yuki Tsunoda izləyiblər.
Liam Losuon 11-ci, Pyer Qasli 12-ci, Corc Rassell 13-cü, Serxio Peres 14-cü yerləri tutubıar. Bu sürücülər yarış tempində işləməyiblər. Quanyu Çjou 15-ci, yenə də sıralanma tempində işləməyn Fernando Alonso 16-cı, Maks Ferstappen 17-ci yerlərdə qərarlaşıblar. Son 3 yerdə isə Ləns Stroll, Cek Duhən və Franko Kolapinto qərarlaşıblar.
Franko Kolapinto bolidinin altlığını zədələdiyi üçün uzun müddət boksda gözləməli olub. Aleks Elbon da maşınında kiçik problem yaşayıb.

 

Bunları da oxuyun

Şərh əlavə et