Kokpit.az bildirir ki, testlərdə Niko Hülkenberq yeni Pirelli təkərlərini test edəcək. Qabriel Bortoleto isə debütant testlərində trasa çıxacaq və 2025-ci ildən əvvəl Formula 1 bolidi ilə bir gün keçirəcək. Beləliklə, Sauber komandası gələnilki heyəti ilə hazırlıq edəcək.
Sauber-in rəhbəri Mattia Binotto: “Bu testlər Niko ilə Qabrielin bolidə daha tez uyğunlaşmasına kömək edəcək. Niko bolidi tanımaq şansı əldə edəcək və 2025-ci ildən əvvəl mühəndislərlərimizlə daha yaxından işləməyə başlaya biləcək. Qabriel üçün bu test Formula 1 bolidlərinin qarışıq prosedurlarını öyrənmək, təcrübə qazanmaq və avtoidmanın ən yüksək səviyyəsində inkişaf prosesinə addım atmaq üçün bənzərsiz fürsət olacaq. Hər iki sürücünü də vəzifə başında görmək və onlarla bu macəraya başlamaq üçün çox səbirsizlənirik”.
Şərh əlavə et