Kokpit.az xatırladır ki, Cadillac 2026-cı ildı Formula 1-ə gələcək və hazırlıqlarını davam etdirir. TWG Global və General Motors avtoidmanda təcrübəli olan Qrim Loudonu komandaya rəhbər olaraq gətirib. Britaniyalı mütəxəssis daha əvvəl Formula 1 və Dünya Dözümlülük Çempionatında işləyib.
Qrim Loudon: “Bu, həyəcanvericidir. Komanda rəhbəri rolunun mənə verilməsi böyük şərəfdir. Mənə bu vəzifəni verən hər kəsə təşəkkür edirəm. Formula 1 Dünyanın ən böyük idman tədbiridir və uğur birlikdə çalışılan zaman gəlir. Bu komanda yarışmağı sevən, istəklə işləyən və uğuru arzu edən insanlardan ibarətdir. Təvrübəmiz və mütəxəssisliyimiz var. Yarış bizim üçün bütün işlərin mərkəzindədir və bir komandada ən çox görmək istədiyim şey budur. Bunun bir hissəsi olmaq mənim üçün böyük sevincdir. İşin böyüklüyünün fərqindəyəm və rəqiblərimizə dərin hörmət bəsləyirəm. Bu meydan oxumanı da qəbul edirəm. Hazırda işlərimiz bütün sürətilə davam edir”.
TWG Global-ın İdarə Heyətinin Rəhbəri Den Touriss: “Qrim iki ildir ki, komandamıza məsləhətçilik edir. Həm texniki, həm də idarəçi kimi çox təcrübəlidir. Bu təcrübəsi Cadillac Formula 1 komandasını yığmaqda ona böyük üstünlük qazandıracaq”.
Sonda General Motors-un rəhbəri Mark Roys isə bunları deyib: “Qrim ilə işləmək bizə çox həzz verir. Onu 2026-cı ildə Formula 1-də debüt edəcək komandamızda rəhbər kimi görmək bizi çox həyəcanlandırır. Onun yarış savadı çoxdur. Yüksək performanslı komanda yığa bilir. Cadillac Formula 1 Komandasının trasda və ya trasdan kənarda təmsil edəcəyi bütün dəyərləri qüsursuz əks etdirir”.
Qrim Loudonun rəhbərliyində komanda aerodinamika, şassi, proqramlarşdırma və maşın dinamikası simulyasiyası üzərində işlərini davam etdirir. Komandanın əməliyyatları ABŞ-ın İndiana, Şimali Karolina və Miçiqan əyalətlərində, bir də İngiltərənin Silverstoun şəhərində həyata keçirilir.
Şərh əlavə et