Kokpit.az xatırladır ki, mövsümün son yarışından əvvəl McLaren ilə Ferrari arasında 21 xallıq fərq var. Çempionluq üçüh Ferrari yarışdan maksimum xal toplamalı, McLaren-in xal itirməsinə ümid etməlidir.
Şarl Lekler: “Məncə, hər şeyi mükəmməl etməliyik. Hər şeyi mükəmmək etmək deyəndə doğrudan da mükəmməl nəticəyə ehtiyacımız var. Məncə, yarışda ilk iki yeri tutmalıyıq. Bundan başqa McLaren üçün də işlər tərs getməlidir. Kağız üzərində onlar da Əbu Dabidə güclü olacaqlar.
Əbu Dabidə heç yarış qazanmamışıq və buna görə də çox iş görməliyik, ancaq mümkünsüz heç nə yoxdur. Son yarışlarda düzgün yanaşma etdik. Gözləmədiyimiz həftəsonlarında belə yaxşı xallar qazandıq. Bu həftəsonu bir az ortada keçəcək. Bizim üçün işlərin yaxşı həftəsonu olacağını düşünürük. Buna görə də ümid edirəm ki, hər şey yaxşı olar və Dünya Çempionluğunu qazanarıq. Amma bu qətiliklə çətin ehtimaldır”.
Şərh əlavə et