Kokpit.az xatırladır ki, britaniyalı sürücü Qətər yarışına 6-cı yerdən başlasa da, finişə 12-ci yerdə çatıb. Həmilton səhv start aldığı üçün daha əvvəl 5 saniyə cəza almışdı. Lakin yeddiqat Dünya Çempionunun başına gələn bəlalar bununla bitmədi. Əvvəlcə 34-cü dövrədə təkəri partlayıb. Təkərini dəyişmək üçün pitə gedərkən isə pit sahəsində sürət həddini aşıb. Buna görə də stüardlar ona pitdən keçmə cəzası veriblər. Lyuis yekunda 12-ci yerdə – xalsız başa vurub.
Lyuis Həmilton: “Daha pisi ola bilərdi, amma yarışı bitirdim və bu da sona çatdı. Amma mövsümün sonuna qədər əlimdən gələni edərək mübarizəyə davam edəcəyəm.
Əlbəttə, mövsümü zirvədə bitirə bilməyəcəyik. Əvvəlki yarışlarda olduğu kimi yaxşı həftəsonu gözləmirəm, ancaq əlimdən gələni edəcəyəm.
Bolid balanssız idi və bunun əsas səbəbi ön qanadı düzgün sazlanmaması idi. Buna görə fə maşın döngələrdə çox sürüşürdü. Bu halla tez-tez rastlaşıram. Məncə, təkərin də partlama səbəbi elə bu idi. Amma trasdakı qırıntılar da təkəri partlada bilər”.
Şərh əlavə et