Kokpit.az xatırladır ki, meksikalı sürücü Qətər yarışına 9-cu yerdən başlasa da, mübarizəni vaxtından əvvəl dayandırıb.
Kristian Horner: “Çeko çox çətin mövsüm keçirdi. Vəziyyət göründüyü kimidir. Əbu Dabidə damalı bayrağı görənə kimi onu dəstəkləməyə davam edəcəyik. Əlbəttə, hər həftə dedi-qodularla dolu ortamda olmaq heç də yaxşı deyil. Ancaq vəziyyəti anlayacaq qədər yaşlı və təcrübəlidir. Görək Əbu Dabidən sonra vəziyyət necə olacaq.
Çeko burada yarışdığı 4 il ərzində komandaya çox qatqı verdi. Maksın 2021-ci ildə qazandığı Dünya Çempionluğunda, 2022 və 2023-cü illərdəki Mühəndislər Kubokunda onun da payı var.
Bu il onun üçün çətin keçə bilər, ancaq bizim üçün 5 yarış qazanıb və Azərbaycan, Sinqapur, Səudiyyə Ərəbistanı kimi yarışlarda əla performans göstərib. Buna görə də hamı ona hörmət edir. Ancaq hazırkı vəziyyət komanda üçüb də, onun üçün də pisdir.
Çekonun vəziyyəti heç yaxşı deyil. Bu il daha bir yarışımız var. Əlimizdən gələn hər şeyi edəcəyik. Ümid edirəm ki, Əbu Dabidə güclü performans göstərərik. Görək ondan sonra nə edirik”.
Şərh əlavə et