Rəsmi: Duhən Əbu Dabidə Okonu əvəz edəcək

Rəsmi: Duhən Əbu Dabidə Okonu əvəz edəcək
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Alpine komandası gözlənilditi kimi Əbu Dabi yarışında Esteban Okonun yerinə Cek Duhəni yarışdıracaq. 

Kokpit.az xatırladır ki, fransalı sürücü ilin sonunda Alpine ilə yollarını ayıracaq və Haas komandasına keçəcək. Onu isə Cek Duhən əvəz edəcək. 

Esteban Okon son yarışlarda çox çətinlik çəkirdi. Braziliya Qran Prisindən başqa bütün yarışlarda o, komanda yoldaşı Pyer Qaslidən geri qalıb. Okon bu performans fərqini blidə uyğunlaşa bilmədiyi ilə açıqlasa da, Alpine bunu təkzib edib və bildirib ki, bolidlər eyni gücdədirlər.

Yekunda tərəflər mövsümün son yarışı Əbu Dabidə birlikdə yarışmama qərarı alıblar. Beləliklə, Cek Duhən möcsümün son yarışı Əbu Dabidə Esteban Okonu əvəz edəcək.

Alpine komandası bu barədə belə  açıqlama verib: “Alpine komandası təsdiq edir ki, ehtiyac sürücüsü olan Cek Duhən Əbu Dabu Qran Prisində Esteban Okonu əvəz edəcək. Bu dəyişiklikdən sonra Esteban Okon mövsümsonu testlərində Haas ilə trasa çıxa biləcək.

Daha əvvəl gələn il komandaya qatılacağı açıqlanan Cek Duhən isə Əbu Dabi Qran Prisində ehtiyat sürücü nömrəsi olan 61 ilə mübarizə aparacaq. Bundan başqa Yas Marina trasındakı mövsümsonu testlərində sükan arxasına keçəcək”.

Beləliklə, Cek Duhən Formula 1-dəki debütünü tezləşdirmiş olacaq.

Bunları da oxuyun

Şərh əlavə et