Kokpit.az xatırladır ki, britaniyalı sürücü sprint yarışına birinci yerdən başlayıb və yarış ərzində liderliyini qoruyub. Lakin o, son dövrənin son döngəsində komanda yoldaşı Oskar Piastrini önə buraxıb və ikinci yerlə razılaşıb.
Lando Norris: “Bu gün hədəfimiz ilk iki yeri tutmaq idi. Bunu bacardıq və maksimum xal qazandıq. Buna görə də sevincliyik.
Komanda olaraq çox xoşbəxtik. Hər şeyi mükəmməl etdik. Tempimiz yaxşı idi. Böyük ehtimalla fərqi aça bilərdim, amma rəqiblərimizi arxada tutmaq istədik. Corcun yaxınlaşmaması üçün bir-birimizə kömək etməyə çalışdıq. İşimizi gördük və bu da çox vacib idi”.
Lando Norris daha sonra qələbəni Oskar Piastriyə hədiyyə etməsi ilə bağlı danışıb: “İstədiyimdən bir az yaxın fərqlə oldu, amma bunu Braziliyadan sonra etməyi planlaşdırırdım. Bunun ən yaxşısı olduğunu düşündüm. Bəlkə bir az riskli idi, ancaq düşündüm ki, həll edə bilərəm və elə də oldu.
Düzünü desəm bu qələbə mənim üçün önəmli deyil. Mən buraya sprint yarışlarını qazanmaq üçün yox, əsas yarışlara qazanmağa gəlmişəm. Amma o plan alınmadı. Əlimizdən gələnin ən yaxşısını etdik və indi sabahı səbirsizliklə gözləyirəm”.
Şərh əlavə et