Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Pol Aron Alpine-nin ehtiyat sürücüsü olub

Hazırda Formula 2-də Hitech komandasında çıxış edən Pol Aron növbəti mövsümdən etibarən Alpine Formula 1 komandasının test və ehtiyat pilotu olacaq.

Kokpit.az bildirir ki, Alpine komandasının test və ehtiyat sürücüsü Cek Duhən gələn ildən etibarən fransız təmsilçisinin əsas sürücüsü olacaq. Avstraliyalı sürücünü isə Formula 2-nin istedadlı pilotu Pol Aron əvəz edəcək.

Alpine komandasının məsləhətçisi Flavio Briatore: “Pol gələn ildən etibarən komandamızın ehtiyat sürücüsü olacaq və bunu sizə bildirdiyimiz üçün sevincliyik. Hazırda Formula 1-də nəsillər arası dəyişiklik baş verir və idmana gələn hər bir gənc sürücü böyük təsir yaradır. İnanırıq ki, Pol ən yaxşı istedadlardan biridir və onu Formula 1 sürücüsü kimi təkmilləşdirməyi səbirsizliklə gözləyirik”.

Gənc ulduz Pol Aron isə bunları deyib: “Alpine komandasına qatılmaq xüsusi bir təcrübədir. Bu komandanın istənilən sürücü üçün əla yer olduğu hamıya məlumdur. Flavio ilə Oliverin mənə bu fürsəti verməsinə görə çox sevincliyəm. 2025-ci ildən əvvəl Formula 2 mövsümünün qalan yarışlarına köklənməliyəm. Çempionluğu qazanmaq üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm. Avtoidman karyeramın növbəti mərhələsinə başlamağı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Pol Aron Formula2 seriyasında bu il debüt edib. Estoniyalı sürücü hazırda  çempionatda 133 xalla dördüncü yerdədir.

Rauf Hacıyev

Şərh əlavə et