Kokpit.az xatırladır ki. britaniyalı sürücü cümə günü birinci sərbəst yürüşlərdə 10-cu yeri tutub. Sprint sıralanma turunda isə pouldakı Lando Norris-dən 0.4 saniyə geridə qalaraq, yeddinci yeri tutub. Qaradərili sürücünün komanda yoldaşı Corc Rassell isə ikinci yeri tutaraq, birinci cərgədə yer alıb.
Lyuis Həmilton: “Digər sıralanma turlarından fərqi yox idi və elə də yaxşı deyildi. Hər həftəsonu olduğu kimi yavaşam və bu qədər. Əslində maşında yaxşı hiss edirdim. Bir problem yox idi, amma bilmirəm. Deyəcək bir sözüm yoxdur. Pozitiv olan tək şey Corcun poul uğrunda mübarizə aparmasıdır. Hazırda olduğumuz yeri düşünsək, qazanmaq üçün mübarizə aparmaq mümkünsüz görünür. Amma sprint yarışında əlimdən gələni edəcəyəm”.
Şərh əlavə et