Kokpit.az xatırladır ki, ispaniyalı sürücü keçən il mövsümün ilk 6 yarışının 5-də podiuma yüksəlmiş və Maks Ferstappenlə çempionluq uğrunda mübarizə aparmışdı. Lakin Aston Martin komandası bu il çox pis performans göstərir və “yaşıllar”ın builki ən yaxşı nəticəsi beşinci yer olub.
Maks indiyə kimi heç bir zəifliyinin olmadığını göstərdi. Bazar günləri həmişə lazım olanı etdi. Bolid güclü olanda da, olmayanda da xal qazandı. Çempion olmaq üçün lazım olan hər şeyə sahib idi”.
Bu həftə verilən açıqlamada General Motors-un 2026-cı ildə Formula 1-ə 11-ci komanda olaraq gələcəyi mətbuata bildirilib. Fernando Alonso düşünür ki, 11-ci komandanın gəlməsi idmanın gələcəyi üçün çox müsbət haldır: “Bu idmanımız üçün qarışıq bir qərardır.
Ancaq bu nöqtəyə gəliblərsə, bunun hamı üçün ən yaxşı qərar olduğunu düşünürəm. Formula 1-in xeyrinə olan hər qərarı dəstəkləyirəm. Komandada Renault-dan tanıdığım bəzi adamlar var və inanıram ki, layihəyə çox şey qatacaqlar. Bu asan iş deyil, ancaq əminəm ki, düzgün insanlarla işləyirlər. Onlara xoş gəldiniz deyirəm”.
Şərh əlavə et