25 yaşlı Mik Şumaxer 2023-cü ildə komandaya qoşulub və iki il ehtiyat sürücü kimi fəaliyyət göstərib. Komandanın inkişafını simulyator və trasdakı testlər ilə dəstəkləyən Mik, ötən mövsüm Dünya Dözümlülük Çempionatında Alpine komandası üçün yarışıb və podiuma yüksəlib. O Formula 1-də yarışmaq istəsə də, gözlədiyi fürsətlərinin heç birini ala bilməyib və Mik yeni macəraya başlamaq məqsədi ilə alman istehsalçıdan ayrılıb.. İndi onu Valtteri Bottasın əvəzləyəcəyi gözlənilir.
Mercedes Motorsport-un və komandanın rəhbəri Toto Wolff sürücüsü Mikin ayrılığı barədə bunları deyib: “Mikin ehtiyat sürücü kimi komandaya faydası və qərarlığı keçən iki ildə komandamız üçün çox dəyərli idi. Simulyatorda gördüyü işlərdən trasda verdiyi geri bildirimlərə qədər hər mövzuda əlindən gələni etdi. İlk gündən etibarən komandaya çox yaxşı uyğunlaşdı və bazada hamının çox sevdiyi bir iş yoldaşı oldu.
Ancaq Mik hər şeydən əvvəl yarış pilotudur. Həm Formula 1-dəki təcrübəsi, həm də Dünya Dözümlülük Çempionatında bu il göstərdiyi performans onun yüksək səviyyəli pilot olduğunu və yaxşı çempionatlarda yarışmağa layiq olduğunu sübut etdi. Komandaya verdiyi faydalara görə ona ürəkdən təşəkkür edirəm və gələcəkdəki işıərində ona çoxlu uğurlar arzulayıram”.
Mik Şumaxer isə Mercedes-də yarışdığı dövrü bu sözlərlər ifadə edib: “Totiya və bütün Mercedes Formula 1 komandasına bu iki il ərzində öyrəndiyim hər şeyə görə təşəkkür edirəm. Burada əldə etdiyim məlumatlar məni daha hərtərəfli və təcrübəli pilot etdi. İşin mühəndislik tərəfini daha yaxşı nalamaq fürsətini tapdım.
Amma trasda bu yarış maşınlarını izləmək, kokpitdə otura bilməmək mənim üçün heç də asan deyildi. Yarışlara yenidən 100 faiz fokuslanmaq və özümü avtoidmanın sportiv tərəfinə həsr etmək istəyirəm. Yekunda hər bir sürücünün istədiyi ən real şey yarışmaqdır. Sizə o unudulmaz hissləri yaşadan şey də odur”.
Qeyd edək ki, Mik Şumaxer 2020-ci ildə Formula 2-də Dünya Çempionu olduqdan sonra 2021-ci ildə Haas komandası ilə Formula 1-də debüt edib. Burada iki mövsüm yarışdıqdan sonra isə Amerika təmsilçisi ilə yolları ayrılıb. Bundan sonra o, Mercedes komandasının test və ehtiyat sürücüsü olub. Almaniyalı pilotun gələcəyi hələ məlum deyil.
Şərh əlavə et