M.Həkkinen Qətər GP-sini dəyərləndirib

M.Həkkinen Qətər GP-sini dəyərləndirib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Sabiq Formula 1 sürücüsü Mika Həkkinen düşünür ki, Qətərdə McLaren və Ferrari əsas favoritlər olacaq. 

Kokpit.az xatırladır ki, McLaren sonuncu Las Veqas yarışında geridə qalsa da, “narıncılar”ın Qətər Qran Prisində daha güclü olması gözlənilir. Britaniya komandası Qətərdəki yarışdan əvvəl Mühəndislər Kubokunda ən yaxın izləyicisi Ferrari-ni 24 xal qabaqlayır. Buna görə də Luseyldəki bu yarış çempionatda çox şeyə aydınlıq gətirə bilər.

Mika Həkkinen: “Luseyl trası yülsək sürətin, sürətli döngələrin və əylənmə zonalarının azlığı ilə fərqlənir. Mercedes bu trasın maşınları üçün əlverişli olduğuna əmin olsa da, McLaren, Ferrari və Red Bull-un qələbə uğrunda mübarizə apara biləcəyinə inanıram.

Dünya Çempionunun kim olduğu çoxdan dəqiqləşib, amma Mühəndislər Kubokunda gərgin mübarizə davam edir. Formula 1-dən alınan pul miqdarı, Mühəndislər Kubokunda tutduğunuz yerə görə dəyişir. McLaren və Ferrari  arasında sadəcə 24 xal fərq var. Britaniya komandası liderliyini qoruya bilər, amma ciddi problemlərlə üzləşmə ehtimalı da var.

Eyni zamanda Mühəndislər Kubokunda altıncı yer uğrunda çox gərgin mübarizə var. Üç komandanı – Haas, Alpine və RB-ni sadəcə 4 xal ayırır. Onlardan biri növbəti mövsüm üçün 30 milyon dollar daha çox pul mükafati qazanacaq.

Maks onsuz da Dünya Çempionluğunu təmin edib. Buna görə də artıq rahat yarışa bilər və daha az risk almağı nəzərə alar. Amma onun maşını qələbə qazanmağa imkan versə, qalibiyyətlər almağa davam edəcək. Keçən il də Qətər yarışını qazamışdı, ancaq əsl mübarizə McLaren və Ferrari komandalarının sürücüləri arasında gedəcək.

Las Veqasda pis keçən yarışdan sonra Lando Norris və Şarl Leklerin qələbə uğrunda hər şey edəcəklərini düşünürəm. Ancaq Oskar Piastr və Karlos Sayns da çox geridə qalmayacaq. İkisi də komandalarının mümkün qədər çox xal toplaması üçün əllərindən gələnin ən yaxşısını edəcəklər”.

Bunları da oxuyun

Şərh əlavə et