Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Qətərdə çətin həftəsonou gözləyir

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Qətər yarışı onlar üçün çətin keçəcək. 

Kokpit.az xatırladır ki, Ferrari komandası Las Veqas yarışında 3 və 4-cü yerləri tutaraq, çempionatın lideri McLaren ilə xal fərqini 24-ə endirib. Lakin Qətər Qran Prisinin “qrımızılar”a uyğun olmayacağı, əksinə Britaniya komandasının Loseyldə güclü performans göstərəcəyi gözlənilir. 

Frederik Vassyör: “Mövsümün son üç mərhəlsəindən ikinci Qətər Qran Prisinə  gedirik. Las Veqasdakı səhra soyuğundan Loseylin isti iqliminə doğru böyük dəyişiklik olacaq. Las Veqasda McLaren ilə xal fərqini 24-ə endirə bildik və indi hədəfimiz bu tempi davam etdirməkdir. Amma burada təkcə havanın temperaturu yox, trasın quruluşu da tamamilə fərqli olacaq. Bu tras kağız üzrəində bizim maşınımız üçün əlverişli görünmür.

Qətər Qran Prisində mövsümün son sprint yarışı olacaq. Bu formata görə bir sərbəst yürüşlərimiz olacaq və buna görə də hər şeyi düzgün etməliyik. Maranellodakı mühəndislərimizin gördüyü işlər bu həftəsonunun yaxşı keçməsi üçün çox vacib olacaq. Sprint formatında 59 xal toplaya bilərik, amma bu həftəsonu çox hesablama aparmağın mənası yoxdur. Bizim əsas işimiz Şarl və Karlosun SF-24-ü ən yaxşı formada sürmələrini təmin etməkdir.

Son yarışlarda Formula 1-də rəqabətin necə yüksək səviyyəyə çıxdığını bir dəfə də gördük. Ən kiçik detallar belə fərq yarada bilir və nəticələri alt-üst edir. Buna görə də növbəti iki həftəsonunda əlimizdən gələn hər şeyi ortaya qoymağa çalışacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et