Kokpit.az bildirir ki, General Motors GM və Cadillac bu gün verdikləri açıqlamada bildiriblər ki, onlar ilkin razılıq əldə ediblər.
Formula 1 və GM 2024-cü ilin yanvar ayından kommersiya dəyərləndirməsi edirdi. Bu müddətdə stabil dialoqlar olub və uğurla sona çatıb. Beləliklə, GM və Cadillac Formula 1-ə 11-ci komanda kimi qatılacaq. Bundan başqa GM motor istehsalçısı kimi də F1-ə gəlir. Formula 1 rəhbərliyi bildirib ki, bu prosesdəki inkişafdan razıdır və gələcəkdə daha çox məlumat paylaşacaqlar.
Libertiy Media-nın idarə heyətinin rəhbəri Qreq Maffey bu barədə belə danışıb: “Formula 1-in ABŞ-dakı planları böyümə yolundadır. GM/Cadillac kimi böyük amerikan brendinin idmanımıza gəlməsi və GM-in gələcəkdə motor istehsalçı kimi çıxış etməsi idmana olan marağı artıracaq. General Motors rəhbərliyini və ortaqlarını Formula 1-ə qatılmaq üçün etdikləri hazırlıqlara görə təbrik edirik. GM/Cadillac komandasının 2026-cı il müraciəti prosesində addımlar atdığımız üçün çox həyəcanlıyıq”.
Formula 1-in rəhbəri Stefano Domenikali: “General Motors və Cadillac-ın bu layihəyə olan sədaqəti idmanımızın inkişafına müsbət yöndə təsir göstərəcək. Bu ideyanın inkişafını görmək və bütün tərəflərin tam iş birliyi və dəstəyi ilə böyüməsini izləmək üçün səbirsizlənirik”.
FİA-nın prezidenri Mohammed ben Sulayem də layihəni dəstəklədiyini deyib: “General Motors avtomotiv dünyasında qlobal brenddir və təsiredici ortaqlarla birlikdə işləyirlər. FİA olaraq Formula 1, GM və onların kollektivinin GM/Cadillac brendini 2026-cı il Formula 1 peletonuna daxil etmək işlərini tam olaraq dəstəkləyirik. Bütün tərəflər prosesin problemsiz inkişafı üçün birlikdə işləməyə davam edəcək.
General Motors-un prezidenti Mark Roys bildirib ki, Formula 1-ə qatılmaq GM 2ç2n böyük addımdır: “Avtoidmanın zirvəsi olan Formula 1 yenilik və mükəmməlllikçilik tələb edir. General Motors və Cadillac olaraq dünyanın ən prestijli yarış seriyasına qatılacağıq və bu bizim üçün şərəfdir. Dünya səviyyəsindəki azarkeşlər üçün istəklə və dürüstcə rəqabət aparmağa və idmanı daha yüksək səviyyəyə daşımağa qərarlıyıq. Bu GM-in mühəndislik mütəxəssisliyini və texnologiya liderliyini yepyeni səviyyədə nümayiş etdirəcək”.
TWG Global-ın avtoidman üzrə idarə heyətinin rəhbəri Den Touriss: “General Motors ilə Formula 1-ə dinamik varlıq qazandıracağıq. Bunun üçün həyəcanlıyıq. Birlikdə amrikan yenilikçiyini təmsil edəcəyik. Dünya səviyyəsində yarış azarkeşlərinə unudulmaz anlar yaşadacaq komanda qururuq. Müraciətimizi dəstəkləyən FİA və FOM-a təşəkkür edirəm. Bizi dəyərləndirdikləri üçün təşəkkür edirəm”.
Şərh əlavə et