Ferrari Saynsa icazə verib

Ferrari Saynsa icazə verib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mövsümün sonunda Ferrari-dən ayrılmağa hazırlaşan Karlos Sayns yeni komandası Williams ilə ilk testinə Əbu Dabidə çıxacaq.

Kokpit.az xatırladır ki, Karlos Sayns Ferrari ilə son yarışını Əbu Dabi Qran Prisində keçirəcək.

Mövsümün son yarışıdan sonra  ispaniyalı sürücü Williams ilə Pirelli-nin mövsümsonu testlərinə qatılacaq və yeni komandası ilə macəraya erkən addım atacaq.

Ferrari-nin icazəsi ilə baş tutacaq bu testin hesabına Saynsın yeni komandasına asanlıqla uyğunlaşmasına şərait yaradılacaq.
Digər tərəfdən testin qaydalarına əsasən, hər komandanın bir bolidini davamlı yarışan və ya yeni transfer edilən pilot sürməlidir.

Williams hələ Sains ilə yanaşı testdə istifadə edəcəyi digər sürücünü açıqlamasa da, bu test 30 yaşlı pilotun Williams FW46 ilə trasda ilk çıxışı olacaq.

Bunları da oxuyun

Şərh əlavə et